Vəbaya yoluxanların sayı 426-ya çatıb - SURİYADA

29 Sentyabr 2022 06:10 (UTC+04:00)

Suriyada vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən çox yoluxma halı ölkənin şimalında - Hələbdə qeydə alınıb - 260. Orada 28 vətəndaş vəbadan ölüb. Ümumilikdə ölkədə 33 ölüm qeydə alınıb.