Ceyson Denayerin yeni komandası bəlli oldu!

29 Sentyabr 2022 03:19 (UTC+04:00)

Avropadakı transfer mövsümünü heç bir klubla razılaşmadan buraxan belçikalı müdafiəçi Ceyson Denayer “Şabab Əl-Əhli”yə keçib. SİA xəbər verir ki, Denayerin müqaviləsi ilə bağlı təfərrüatlar rəsmi olmasa da, uğurlu müdafiəçi ən azı dünya çempionatına qədər karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Türkiyədə 2 müddət icarə əsasında "Qalatasaray"da çıxış edən 27 yaşlı müdafiəçinin adı transfer dönəmində türk komandalarında hallanıb. "Lion"dan ayrıldıqdan sonra boş qalan Ceyson Denayerin adı uzun müddət Superliqa komandaları, xüsusilə "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"la hallanırdı.