Təhsil naziri rüşvət alarkən saxlanıldı

29 Sentyabr 2022 02:28 (UTC+04:00)

Qırğızıstanın təhsil və elm naziri Almazbek Byeşənəliyev külli miqdarda rüşvət alarkən saxlanılıb. SİA xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Beyşənəliyevin Qırğızıstandakı universitetlərə əcnəbi tələbələri qəbul etdirməsi üçün 110 min dollar alması faktı araşdırılır.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın Baş Prokurorluğu respublikanın energetika naziri Doskul Bekmurzayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək iki cinayət işi açıb.