“Baku Bus” MMC-in avtobusu qəzaya uğrayıb

29 Sentyabr 2022 01:40 (UTC+04:00)

Bakının Yasamal rayonunda yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində baş verib. Belə ki, “Opel” markalı avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Bundan sonra maşın “Baku Bus” MMC-yə məxsus avtobusa çırpılıb. Qəza zamanı yalnız avtomobilin sürücüsü xəsarət alıb.

Qeyd edək ki, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.