Burkina Fasodakı hücumla bağlı XİN açıqlama verib

29 Sentyabr 2022 01:16 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Burkina Fasoda baş verən terror aktı ilə bağlı açıqlama yayıb. SİA xəbər verir ki, Nazirliyin rəsmi saytından verilən açıqlamada sözügedən terror aktı şiddətlə pislənilib.

Açıqlamada, "Burkina-Fasonun Soun əyalətində baş verən terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanmasından dərin kədər hissi keçiririk" deyilib. Həmçinin qeyd edilib: "Biz bu mənfur hücumu şiddətlə qınayır, həyatını itirənlərin ailələrinə, dost və qardaş Burkina Faso xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”.