"Fənərbağça"nın ulduz futbolçusu gündəmə gəlib

29 Sentyabr 2022 01:07 (UTC+04:00)

"Fənərbağça"nın ulduz futbolçusu Enner Valensiya Ekvador millisində qaçırdığı penalti ilə gündəmə gəlib. SİA xəbər verir ki, ölkəsi Ekvadorun Yaponiya ilə 0-0 bərabərə qaldığı yoldaşlıq görüşündə 83-cü dəqiqədə penaltidə topa cavabdeh olan Enner Valensiya öz zərbəsində qapıçını ötürə bilməyib.

Uğurlu hücumçu Enner Valensiya bu mövsüm Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşmada penaltilər seriyasından yararlana bilməyib. Kritik matçın 70-ci dəqiqəsində penalti qazanan sarı-göylülər bərabərə qalma fürsəti əldə edib.

Amma topa cavabdeh olan Enner Valensiya penaltidən yararlana bilməyib. “Fənərbağça”nın ekvadorlu hücumçusu bu mövsüm Super Liqada 5 oyuna cəmi 7 qol vuraraq, ən çox qol vuran futbolçular siyahısında birinci yerdədir. Superliqanın 8-ci həftəsinə girdiyimiz bir vaxtda baş məşqçi Xorxe Jesusun rəhbərlik etdiyi “Fənərbağça” liqada indiyə qədər ən çox qol vuran komandadır. Mövsümün əvvəlindən hücum futbolu nümayiş etdirən portuqaliyalı çalışdırıcı ümumilikdə 20 qol vurub. Sarı-göylər bazar günü "Beşiktaş" matçında 3 xalı hədəfləyir. Portuqaliyalı çalışdırıcı bütün futbolçuların derbiyə hər mənada hazır olmasını istəyir. Bu səbəbdən o, xüsusilə Enner Valensiyada israrlı olacaq.