ABŞ Rusiyadakı vətəndaşlarına çağırış edib...

29 Sentyabr 2022 00:47 (UTC+04:00)

ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada olan vətəndaşlarını Rusiya Federasiyasının sərhədləri açıq olduğu müddətdə bu ölkəni dərhal tərk etməyə çağırıb.

Səfirlik öz qərarını onunla əsaslandırır ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada yaşayan və ikili vətəndaşlığı olan amerikalıların Ukraynada müharibəyə səfərbər oluna bilməsi ehtimalı var.

Diplomatik nümayəndəliyin bəyanatında xəbərdarlıq edilir ki, Rusiyanın amerikalıların ikili vətəndaşlığını tanımaqdan, onların konsulluq xidmətlərindən imtina edərək, ölkəni tərk etmələrinə mane olmaqla yanaşı, onları Rusiya ordusunda xidmətə çağıra da bilər.

ABŞ səfirliyi həmçinin Rusiya Federasiyası ərazisində olan vətəndaşlarından siyasi və sosial aksiyalarda iştirak etməməyi, bu tədbirlərdə Rusiya təhlükəsizlik qüvvələrinin fotolarını çəkməməyi xahiş edir və xatırladır ki, Rusiyada nə dinc toplaşmaq hüququna, nə də söz azadlığına zəmanət verilmir.

“...ABŞ vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməlidirlər və hazırda Rusiyada yaşayan və ya hazırda səyahət edənlər şəxsi səyahət üçün məhdud imkanlar qaldığı halda, dərhal ölkəni tərk etməlidirlər”.

Qeyd edim ki, bu da səfirliyin bəyanatında deyilir.

Yeri gəlmişkən, SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə,bir müddət bundan əvvəl Rusiya hakimiyyəti nümayişlərdə iştirak edən ABŞ vətəndaşlarını həbs edib

Bu arada qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiya ərazisini tərk etmək tələbi ilə Polşa və Bolqarıstanın Xarici İşlər nazirlikləri də daha əvvəl öz vətəndaşlarına müraciət ediblər.

Maraqlıdır, nələr olur və...bundan sonra nələr olacaq?

Ağasəf Babayev