Bayden tribunadan enərkən çaşqınlıq yaşadı

29 Sentyabr 2022 00:33 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden qatıldığı tədbirdə tribunadan enərkən yolunu azıb. SİA xəbər verir ki, hərəkətləri ilə sosial mediada gündəmdə olan Baydenin "yenə çaşqın olduğu" iddia edilib.

ABŞ prezidenti Co Bayden və xanımı birinci xanım Cil Bayden bu gün Əlillərin Qürur Ayı ilə bağlı təşkil olunan tədbirdə çıxış ediblər. Bayden çıxışını bitirdikdən sonra həyat yoldaşı Cil Bayden danışıb və o çıxışını bitirərkən Baydenin tribunadan enmək üzrə olduğu görülüb. Tribunadan enmək istəyən Baydenə rəhbərlik edən birinci xanım Bayden “Buradan enəcəksən” ifadəsini işlədib. Çaşqın görünən Bayden bir az daha ətrafa baxıb və daha sonra tribunadan enib.