Dünyanın ən uzun qadını ilk dəfə təyyarə ilə ABŞ-a gedib

29 Sentyabr 2022 00:01 (UTC+04:00)

Boyu 2 metr 15 santimetr olan Rumeysa Gelgi dünyanın ən hündür qadını kimi "Ginnesin Rekordlar" Kitabına düşüb. SİA xəbər verir ki, boyu və xəstəliyi səbəbindən yoldaşının köməyi ilə yola düşməli olan 25 yaşlı Rumeysa Gelgi ABŞ-a getmək üçün İstanbul Hava Limanına gəlib. Gelgi uzunluğu 2 metr 15 santimetr olduğu üçün xərəkdə hərəkət edəcək. Anası Safiye Gelgi ilə Karabükdən İstanbul Hava Limanına gələn Rumeysa bilet və baqaj prosedurlarını tamamladıqdan sonra təyyarəyə gedib. “Dünyanın ən uzun qadını” olaraq "Ginnesin Rekordlar" Kitabına düşən Rumeysa hava limanında sərnişinlərin foto çəkdirmək istəyini rədd etməyib.