Ərdoğan Putinlə "referendum"ları müzakirə edəcək

29 Sentyabr 2022 00:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə o, "CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək.