Bolqarıstanda hərbi təyyarə qəzaya uğradı

28 Sentyabr 2022 23:43 (UTC+04:00)

Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 qırıcısı qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat yayıb.

Ölkənin cənub-şərqində baş verən qəza nəticəsində pilot katapult etməyə cəhd edib, ancaq paraşüt açılmayıb. Buna baxmayaraq, pilot sağ qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.