"Real Madrid"in aparıcı futbolçusu zədələnib

28 Sentyabr 2022 23:38 (UTC+04:00)

İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xorvatiyalı yarımmüdafiəçi milli komandanın düşərgəsində zədələnib.

37 yaşlı oyunçuya bud əzələlərinin həddindən artıq yüklənməsi diaqnozu qoyulub. Təcrübəli futbolçu ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Onun "Osasuna" və "Xetafe" ilə La Liqa matçlarını, həmçinin, Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə UEFA Çempionlar Liqasının qrup oyununu buraxacağı dəqiqdir. Modriç oktyabrın 16-də "Barselona"ya qarşı keçiriləcək El-Klasikoda meydana çıxa bilər.