Ukrayna daha 200 HİMARS istəyir?..

28 Sentyabr 2022 23:34 (UTC+04:00)

...ABŞ çərşənbə günü Ukraynaya 1,1 milyard dollarlıq yeni silah paketi təqdim etdiyini açıqlayıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Pentaqonun açıqlamasına görə, bura 18 HIMARS dəqiq idarə olunan raket sistemi və onların sursatları, 150 zirehli maşın, 150 taktiki yedək maşını və Rusiyanın son vaxtlar döyüş meydanında istifadə etdiyi İran istehsalı pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri daxil olacaq.

Bu arada “AFP” agentliyinin məlumatına görə, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Amerika Birləşmiş Ştatları Ukrayna qoşunlarına ümumilikdə 16 milyard dollardan çox yardım edib.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, xarici kəşfiyyat və hərbi ekspertləri iyunun sonundan Ukrayna ordusuna verilən HİMARS raket sistemlərinin döyüş əməliyyatlarının gedişinə əhəmiyyətli dərəcədə təsir etdiyini deyirlər.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müharibənin gedişatını nəhayət çevirmək üçün onlara ən azı 200 daha bu sistem lazım olduğunu bildirir.

Ağasəf Babayev