"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubuna keçib

28 Sentyabr 2022 23:20 (UTC+04:00)

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan ispaniyalı futbolçu Xayme Romero ölkəsinin "Kartaxena" komandasına keçib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Xayme Romero 2019 - 2022-ci illərdə "Qarabağ"ın formasını geyinib.