Finlandiya məhdudiyyətlər haqqında fərman hazırlayır

28 Sentyabr 2022 23:18 (UTC+04:00)

Finlandiya Nazirlər Kabineti Rusiya Federasiyası vətəndaşlarının respublikaya girişinə məhdudiyyətlərin tətbiqi ilə bağlı yekun qərarını cümə axşamı, sentyabrın 29-da qəbul edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Nazirlər Kabinetinin bəyanatına istinadən xəbər verir.

“...Sabah, cümə axşamı, sentyabrın 29-da hökumət Rusiya vətəndaşlarının Finlandiya vasitəsilə digər Şengen ölkələrinə tranzitini, eləcə də Finlandiyaya turist səfərlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq fundamental qərar qəbul edəcək, bu barədə fərmanda daha ətraflı təsvir ediləcək.”, - mesajda deyilir.

Finlandiya sərhəd xidmətinin məlumatına görə, bazar ertəsi ölkəyə 7743 rusiyalı daxil olub. Onların əksəriyyəti respublikaya cənub-şərqdəki sərhəd-keçid məntəqələri vasitəsilə gəliblər. Çərşənbə axşamı Vaalimaa-da 70-ə qədər avtomobilin daxil olduğu növbə yaranıb. Nuijamaa və İmatrada vəziyyət daha sakitdir. Bazar ertəsi Şimali Kareliya bölgəsindəki Niirala kəndi vasitəsilə Rusiya Federasiyasının 494 vətəndaşı Suomiyə daxil olub.

Sərhədçilərin bildirdiyinə görə, rusların əksəriyyəti Finlandiya vasitəsilə Avropanın digər ölkələrinə gedirlər.

Ağasəf Babayev