Məşhur serial bitir

28 Sentyabr 2022 22:20 (UTC+04:00)

Bir-birindən iddalı serialların yarışa girdiyi televiziya aləmində ilk final xəbəri gəlib. SİA xəbər verir ki, “FOX” TV-də yayımlanan “Kusursuz kiracı” serialı 6-cı bölümü ilə ekranla vidalaşacaq.

Sözügedən layihə 30 avqustda birinci bölümü ilə tamaşaçı qarşısına çıxmışdı.

Ekran işində Dilan Çiçek Deniz, Serkay Tütüncü, Melisa Döngel kimi aktyorlar yer alır.