Qaz boru kəmərlərinə dəyən zərər Rusiyanın maraqlarına uyğundurmu?

28 Sentyabr 2022 21:03 (UTC+04:00)

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin mümkün təxribatında Rusiyanın əli olması ilə bağlı ittihamları “axmaqlıq” adlandırıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Moskvada verdiyi açıqlamada D.Peskov bildirib: "Şimal axını 1" və "Şimal axını 2" boru kəmərlərinə dəyən zərər Rusiyanın maraqlarına uyğundurmu? Xeyr. Biz təbii qaz təchizatı marşrutlarımızı itirdik.

Xətlərdə yaşanan problemlərlə bağlı Rusiyaya qarşı ittihamlar səsləndirilir. Bu sözlər axmaqlıq və gülüncdür.

İki boru kəmərindəki qaz havaya qarışdı. Qaz kifayət qədər bahadır. Danimarka və İsveçin o bölgədə çoxlu monitorinq avadanlığı var. Heç kim həmin avadanlıq tərəfindən aşkarlanmadan bu borulara yaxınlaşa bilməz. Bu, xüsusilə hərbi ekspertlərə də yaxşı məlumdur.

İstintaq prosesinə xətlərin sahibi olan “Qazprom” da cəlb edilməlidir”.

Ukraynadakı referendumlardan sonra müharibənin necə davam edə biləcəyinə də münasibət bildirən Dmitri Peskov deyib: “Daha (qondarma) Donetsk Xalq Respublikasının bütün torpaqları azad edilməyib. Söhbət 2014-cü ildən etibarən sərhədlərin müəyyən edildiyi bölgədən gedir. Ona görə bütün bu ərazi azad edilməlidir”.

ABŞ-ın Ukraynadakı müharibənin tərəfdarı olmasına yaxınlaşması isə son dərəcə təhlükəlidir."