Şimali Koreya yenidən raket atıb

28 Sentyabr 2022 19:00 (UTC+04:00)

ABŞ vitse-prezidenti Harrisin sabah Cənubi Koreyaya səfəri öncəsi Yaponiya dənizinə iki qısa mənzilli ballistik raket atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, silah proqramını yenidən sürətləndirən Şimali Koreyanın Yapon dənizinə doğru iki yeni qısa mənzilli ballistik raket atdığı bildirilib.

Yaponiya hökumətindən verilən açıqlamada ilkin təsbitlərə görə raketlərin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyü bildirilib.
Həmada ölkəsinin Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya diplomatik şəkildə etiraz etdiyini bildirib.