Gürcüstan referendumların keçirilməsini pisləyib

28 Sentyabr 2022 18:59 (UTC+04:00)

Gürcüstan Xarici İşlər Nazirliyi DXR, LPR, eləcə də Xerson və Zaporojye vilayətlərinin ərazilərində onların Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumların keçirilməsini pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

“Gürcüstan qeyri-qanuni referendumu pisləyir”, -bunu Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.

“Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.

Xatırladaq ki, beş günlük referendumun nəticələrinə görə (23-27 sentyabr) üç regionda - DXR, LPR və Zaporojye vilayətinin nəzarətdə olan hissəsində iştirak edən seçicilərin 90 faizdən çoxu Rusiyaya qoşulmağa səs verib. Xerson vilayətinin Moskvanın nəzarətində olan ərazisində 87 faiz lehinə səs verib.

Ağasəf Babayev