Deputat uşaq baxçası və məktəbdə kollektivlərlə görüşüb

28 Sentyabr 2022 17:46 (UTC+04:00)

13 saylı Xəzər-Pirallahı ceçki dairəsindən seçilmiş deputat Rauf Əliyev 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində 340 saylı Uşaq baxçası-Körpələr evində və 322 saylı tam orta məktəbdə olmuş, kollektivlərlə görüşmüşdür. 340 saylı Uşaq Baxçası–Körpələr evindəki görüşdə deputat uşaqlar üçün yaradılmış şəraitlə tanış olmuş və mövcud olan problemləri dinləmişdir.

Heydər Əliyev Fondu tərəfindən istifadəyə verilmiş Uşaq Baxçasında uşaqalr üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Deputat 322 saylı tam orta məktəbdə məktəb rəhbərliyi, müllimlərlə və uşaqlarla
görüşü zamanı keçən tədris ilində məktəbin nəticləri ilə tanış olmuş və bu tədris ilində uğurlar arzulamışdır.

Daha sonra deputat məktəbdə möbcud olan problemləri dinləmiş, bəzi məsələlərin həlli məqsədi ilə müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirmişdir.