Ötən ay DMX-ya 2720 müraciət daxil olub - RƏSMİ

28 Sentyabr 2022 17:06 (UTC+04:00)

Ötən ay əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 40092 müraciət daxil olub. Dövlət Miqrasiya Xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6788 müraciət daxil olub: "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2720 müraciət daxil olub.

Arzu Qurbanlı