Narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

28 Sentyabr 2022 16:18 (UTC+04:00)

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1-ci Nügədi kənd tam orta məktəbində narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə polis əməkdaşları, veteranlar, RİH-in nümayəndəsi, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. V.Rüstəmov həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.