"Avroviziya-2023" mahnı müsabiqəsi Qlazqo və ya Liverpul şəhərlərindən birində baş tutacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, gələn həftələrdə yekun qərar təsdiqlənəcək. Ötən il yarışmanın qalıbi Ukrayna dövləti olduğu üçün yarışmada orada keçirilməli idi. Lakin Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən yarışma bu il ikinci yeri qazanan Böyük Britaniyada keçiriləcək.