Didemi Anar bəzədi

28 Sentyabr 2022 10:20 (UTC+04:00)

Tanınmış azərbaycanlı stilist Anar Ağakişiyev türk rəqqasə Didem Kınalı ilə əməkdaşlıq edib. SİA xəbər verir ki, bu barədə oriyental rəqs ifaçısı “İnstaqram” səhifəsində paylaşıb. O, Anarla görüntülərini paylaşaraq klip çəkilişinə hazırlaşdıqlarını qeyd edib.

Bildirək ki, Anar Bülent Ersoy, Demet Akalın, Seren Serengil, İrem Derici kimi ulduzlarla çalışır.

Ayşən Vəli