Minik maşını aşıb, xəsarət alanlar var - Daşkəsəndə

28 Sentyabr 2022 01:14 (UTC+04:00)

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.