U-21 millimiz Moldova ilə heç-heçə etdi

27 Sentyabr 2022 21:44 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komanda Bakıda Moldova yığması ilə qaşılaşıb.

"Dalğa Arena"da oynanılan görüş qolsuz bərabərliklə başa çatıb.

Xatırladaq ki, U-21 əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.