Cənubi Şniferner buzlaq statusundan çıxarıldı

27 Sentyabr 2022 21:09 (UTC+04:00)

Almaniyada bu yay müşahidə edilən həddindən artıq istilər səbəbindən əriyən Alp dağlarındakı Cənubi Şniferner (Schneeferner) buzlaq statusundan çıxarıldı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bavariya Elmlər Akademiyasından verilən açıqlamada Almaniyada yalnız 4 böyük buzlaqın qaldığı bildirilib.

Almaniya alimlərinin Cənubi Şnefernerdə apardıqları ölçmə tədqiqatlarına görə, 4 il ərzində adı çəkilən buzlaq yarıya qədər kiçilib.

Əksər hissələrinin orta qalınlığı 2 metr kimi olduğu üçün Cənubi Şneferner buzlaq statusundan çıxarılıb.

Alimlər azalan buz təbəqəsinin 1-2 il ərzində tamamilə əriyəcəyini bildiriblər.

Qeyd edək ki, Avropada bir çox buzlaq iqlim dəyişikliyi səbəbindən yaxın illərdə yox olmağa başlayır.