Ruslar Qazaxıstana qaçır

27 Sentyabr 2022 16:05 (UTC+04:00)

Rusiyada qismən səfərbərlik elan ediləndən sonra bir çox rus vətəndaşı Qazaxıstana qaçıb. SİA rus mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın daxili işlər naziri Marat Ahmetcanov bildirib ki, Rusiyadakı qismən səfərbərlik qərarından sonra Qazaxıstana qaçanlar ölkələrinə geri göndəriləcək.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edilməsi haqqında fərman imzalayıb.

Müdafiə naziri Sergey Şoyqu vurğulayıb ki, Rusiya təkcə Ukrayna ilə deyil, həm də kollektiv Qərblə mübarizə aparır. Şoyqu bildirib ki, yalnız qismən səfərbərliyə məruz qalanlar “hərbi xidmət keçmiş, xüsusi hərbi təlim keçmiş və ya hərbi təcrübə keçmiş şəxslər” olacaq.