XTQ - Vətən müharibəsində uğura aparan yolda görünməz qəhrəmanlar

27 Sentyabr 2022 12:41 (UTC+04:00)

"Xüsusi Təyinatlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə və zəfər əldə etməsində əhəmiyyətli rola malik olub". Bu sözləri SİA-ya açıqlamasında Hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Araz sahilə çox saylı uğurlu hərbi əməliyyatları hər birində XTQ-nin şəxsi heyəti yaxından iştirak edib: "Kəlbəcədə, Cəbrayılda, Hadrutda, Şuşada və digər ərazilərdə xüsusi təyinatlılarımız çoxsaylı əməliyyatlar apararaq Azərbaycanın zəfər qazanmasında kömək oldular. XTQ müharibənin həlledici foktoru olduğunu bir daha dünya ictimaiyyətinə sübut etdi. Müharibədəki qələbələrimizin əksəriyyəti XTQ düşmən müdafiəsinin dərinliyinə həyata keçirdiyi uğurlu fəaliyyətlər nəticəsində mümkün olub. Vətən müharibəsində yeddi müxtəlif güc strukturuna aid XTQ iştirak ediblər. Bu müharibə yaddaşlarda kütləvi şəkildə xüsusi təyinatlıların gücü və puaların tətbiqi ilə yadda qaldı. XTQ müharibədə göstərdiyi qəhramanlıq ilə Azərbaycanın hərb tarixində qızıl hərflərlə yazıldı. Təsadüfi deyil ki, Vətən müharibəsi qəhrəmanı adına layiq görülən 83 nəfərin 36-sı XTQ aiddir. Bayrağımızın işğaldan azad olan ərazilərimizə sancılmasında XTQ hərbi qulluqcusu 3 dəfə yaralanaraq xəsarət alan lakin bir gündə olsun döyüşlərdən ayrılmayan Rəşad Hüseynovun olması da təsadüfi deyil. XTQ-miz Azərbaycanın həm vuran qoludur, həm görən gözüdür. Görünmədən görən, ölmədən dönən Xüsusi Təyinatlılarımız müharibədəki fəaliyyətləri ilə daim köksümüzü qabartdı. Bu gün Azərbaycan xalqının adı qalib xalqlar sırasında yazılmasında ən böyük rol daşıyan XTQ-dir. Biz onların hər biri ilə qürur duyuruq" .