“Qarabağ Azərbaycan ərazisidir” - FƏRİD ŞƏFİYEV

27 Sentyabr 2022 11:16 (UTC+04:00)

“Tarixə baxsaq görərik ki, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olub. Erməni millətçiləri deyirdilər ki, Dağlıq Qarabağ Respublikası var və bu, həqiqətdir. Bununla Azərbaycan barışmalıdır". Bu sözləri Anım Günü ilə bağlı olan tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, biz isə deyirdik ki, Qarabağ Azərbaycan ərazisidir və ərazi bütövlüyümüz təmin olunmalıdır: “Biz hesab edirik ki, münaqişə bitib. Lakin aydındır ki, problem bitməyib. Təəssüflər olsun ki, itkilərimiz də oldu”.

Fərid Şəfiyev sözlərinə belə davam edib: “Münaqişə çərçivəsində olan gündəliyə biz qayıtmırıq. Burada vacib məsələ var. Bütün danışıqlar Minsk qrupu çərçivəsində gedirdi”.

Ayşən Vəli