YAP rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

27 Sentyabr 2022 10:48 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurasının üzvləri, YAP Təftiş Komissiyasının üzvləri, YAP Gənclər Birliyi Fəxri Xiyabanı ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilərək məzarı önünə əklil və gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Sonra isə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra isə 44 günlük Vətən müharibəsində Vətən uğrunda şəhid olan qəhrəman oğulların məzarları ziyarət olunub.

Arzu Qurbanlı