Ukrayna ordusu Xersonda 4 silah anbarını məhv edib

27 Sentyabr 2022 07:32 (UTC+04:00)

Ukrayna ordusu Xersonda 4 silah anbarını və 4 toplanma məntəqəsini məhv edib. SİA xəbər verir ki, bu barədə Cənub ordu komandanlığı məlumat yayıb.

Bildirilir ki, sutka ərzində əlavə olaraq 6 tank, 5 haubitsa, 3 Pansir-C1 raket kompleksi, 14 ədəd avtomobil və 1 PUA məhv edilib. 77 Rusiya hərbçisi zərərsizləşdirilib.