Rusiya və ABŞ qeyri-rəsmi xətt vasitəsilə bir-birini sakitləşdirir?

27 Sentyabr 2022 04:31 (UTC+04:00)

Bu arada “Kommersant” yazır ki, yüksək rütbəli Amerika və Rusiya rəsmiləri və diplomatları qarşıdurmaya baxmayaraq, ictimai olmayan rabitə kanalları vasitəsilə əlaqə saxlamağa və bir-birlərinə siqnal göndərməyə davam edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, nəşr yazır ki, Kreml Ağ Evə xəbərdarlıq edib ki, Kiyevə dəstək dövləti “təhlükəli xəttə” apara bilər.

Öz növbəsində, Vaşinqton Rusiya tərəfinin nüvə silahından istifadə edəcəyi təqdirdə “fəlakətli nəticələri” açıqlayıb. “Kommersant” yazır ki, qeyri-rəsmi kanallar vasitəsilə ölkələr bir-birini sakitləşməyə çağırır.

Sentyabrın 21-də səhər saatlarında Rusiya prezidenti Vladimir Putin və Rusiya müdafiə naziri Sergey Şoyqu televiziya vasitəsilə ruslara müraciət ediblər.

...Putin qismən səfərbərlik elan edib və DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini dəstəkləyəcəyini vəd edib.

Mart ayından bəri ilk dəfə olaraq Şoyqu xüsusi əməliyyatda həlak olan Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayını açıqlayıb və 300 min nəfərin səfərbər edilməsinin planlaşdırıldığını bildirib.

Ağasəf Babayev