İkili vətəndaşlığı olan ruslar Estoniyaya buraxılmır

27 Sentyabr 2022 05:40 (UTC+04:00)

Estoniya digər vətəndaşlığı Rusiya olan şəxslərin ölkəyə daxil olmasını qadağan edib. SİA-nın xəbərinə görə, bu barədə SchengenVisaInfo saytı məlumat yayıb.

Bildirilir ki, Rusiya vətəndaşları arasında Estoniya pasportu daşıyanlar kifayət qədər çoxdur. Rusiyada səfərbərlik barədə fərmandan sonra onlar kütləvi surətdə Estoniyaya geri qayıdırlar. Bunu nəzərə alan rəsmi Tallin Estoniya pasportlu ikili vətəndaşların girişinə qadağa qoyub.