Ayaqqabılarınızı bu qaydada su keçirməz hala gətirə bilərsiniz?

27 Sentyabr 2022 05:19 (UTC+04:00)

Ayaqqabınızı çox sadə bir üsulla su keçirməz hala gətirə bilərsiniz. SİA xəbər verir ki, sevərək aldığınız ayaqqabınızı yağışlı havada geydiyinizdə ayaqlarınız islanır. Həlli yalnız 3 dəqiqənizi alacaq. Ayaqqabınızın su keçirmə problemini evinizdə olan vəsaitlərlə həll etməniz mümkündür.

Ehtiyacınız olan vəsaitlər bir şam və saç qurutma maşınıdır…

Ayaqqabınızın üstünə şamı sürtün

Əvvəlcə şamı bez ayaqqabınızın su keçirməməsini istədiyiniz bölgəsinin üzərinə sürtün. Daha sonra şam sürtdüyünüz bölgəni saç qurutma maşınıyla qurudun.

Artıq ayaqqabılarınızı yağışlı havalarda da geyinə bilərsiniz.