Rusiya ordusu Ukraynada aeroporta hava zərbəsi endirib

27 Sentyabr 2022 02:03 (UTC+04:00)

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərindəki aeroporta hava zərbəsi endirib. SİA-nın xəbərinə görə, bu barədə Dnepropetrovsk şəhərinin hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko "tvitter"də bildirib.

Administrasiya rəhbəri qeyd edib ki, hava limanına X-59 raketləri ilə zərbə endirilib. Hava limanının infrastrukturu dağılıb. Aerodrom və avadanlıqlar istifadəyə yaramır. Hava hücumu zamanı insan tələfatı olmayıb.