İraqda Parlament sədri vəzifəsini tərk edəcək

27 Sentyabr 2022 01:04 (UTC+04:00)

İraqda siyasi böhranın davam etdiyi bir vaxtda İraq parlamentinin sədri Məhəmməd Halbusi tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb. SİA xəbər verir ki, İraqda keçirilən forumda istefa qərarını açıqlayan Halbusi, parlamentin sədri vəzifəsində qalmaları üçün şəriklərinə istefa verməyəcəyini bildirərək, istefasına deputatların qərar verəcəyini bildirib. İstefasının səbəbini açıqlamayan Halbusi bildirib ki, parlament iki aydan sonra onun istefası ilə bağlı səsvermə üçün çərşənbə günü toplanacaq.

Parlamentin iclasını sentyabrın 20-də keçirməli olduğunu, ancaq baş nazir Mustafa Əl-Kazemi tərəfindən təxirə salındığını qeyd edən Halbusi, “İstefa qərarımı siyasi partiya liderləri ilə birlikdə qəbul etməmişəm, istefamın üçlü ittifaqla heç bir əlaqəsi yoxdur”-deyib.