Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub

27 Sentyabr 2022 00:20 (UTC+04:00)

Bakının Xətai rayonunda yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərək əsas yola daxil olmaq istəyib. Bu zaman o idarə etdiyi avtomobili əsas yolda olan digər “Mercedes” markalı maşına çırpıb. Sürücülər bildirib ki, qəza zamanı işıqfor işləməyib. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.