Göygöldə sərxoş vəziyyətdə olan piyadanı avtomobil vurub

26 Sentyabr 2022 23:34 (UTC+04:00)

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobiı yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə M.Həsənov hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.