Parisdə Makronla Paşinyan arasında görüş olub

26 Sentyabr 2022 22:21 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra tərəflər mətbuata açıqlama veriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuata açıqlamalarda Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatlarla bağlı, eləcə də dialoqun bərpasına, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına dair fikirlər səsləndirilib.