O, Ukraynada döyüşmək istəmədiyini qışqırdı...

26 Sentyabr 2022 19:28 (UTC+04:00)

Ötən gün Ryazanda mərkəzi avtovağzalda bir nəfər özünü yandırıb. O, Ukraynada müharibəyə getmək istəmədiyini qışqırırmış.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ryazan portalı “ya62.ru” məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, “yanan şəxs alovun içində stansiyanın ətrafında qaçaraq, Ukraynada döyüşmək istəmədiyini qışqırırmış.

Deyilənlərə görə, həmən şəxsi təcili yardım əməkdaşları aparıb.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları vəziyyəti şərh etməkdən imtina ediblər. Yerli Fövqəladə Hallar Nazirliyi isə bununla bağlı onlara zəng gəlmədiyini bildiriblər.

P.S: Rusiya Federasiyası Şurasının senatoru Andrey Klişas da deyir ki, çağırış vərəqi alanlar müharibəyə getmək üçün...guya “qaça-qaça” gəlirlər.

Ağasəf Babayev