Səfərbərlik gecələr də keçiriləcək...

26 Sentyabr 2022 19:10 (UTC+04:00)

...Qismən səfərbərlik üçün çağırış vərəqələri gecə-gündüz verilə bilər.

SİA bunu "Explain.rf" portalının Telegram kanalına istinadən bildirir.

“...Səfərbərlik çağırışı bildirişləri gecə-gündüz göndərilə bilər”, - portalın açıqlamasında deyilir.

Bununla yanaşı, Telegram kanal, hərbi biletin itirildiyi təqdirdə onun hərbi qeydiyyat yerində bərpa olunacağı da bildirilir.

Qismən səfərbərlik çərçivəsində çağırışçılar çağırış yerinin yerləşdiyi hərbi dairənin tərkibində yerləşən hərbi hissələrdə təlim keçəcəklər.

Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyası Şurasının senatoru Andrey Klişas hazırda Federasiya Şurasında və Dövlət Dumasında “layihədən yayınmaya görə əlavə məsuliyyət, Cinayət Məcəlləsinin mövcud maddələri ilə müddətlərin artırılması haqqında” qanun layihələrinin müzakirəsinin olmadığını bildirib.

Senatorun sözlərinə görə, belə layihələr olmayıb və yoxdur...yəni müharibəyə gedənlər hamısı bir nəfər kimi özləri “qaça-qaca” gəlirlər?

Ağasəf Babayev