Kəlbəcərdə ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb

26 Sentyabr 2022 15:31 (UTC+04:00)

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.