Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

26 Sentyabr 2022 15:30 (UTC+04:00)

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 332,4 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı isə 38,5 faiz artıb.

Qeyd olunan müddət ərzində 1389 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 139 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 6,5 faiz azalıb.