Qərbə açıq mesaj PUTİNDƏN

26 Sentyabr 2022 15:13 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərb ölkələri Rusiya və Belarusa hörmətlə yanaşmalıdır. SİA rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Qara dəniz şəhəri Soçidə Rusiya prezidenti Putin ilə Belarus prezidenti Aleksandr Lukaşenko görüşüb.

Putin görüşün açıq hissəsində Qərbə mesaj göndərib.
Belarusiya prezidenti Lukaşenko bildirib ki, Qərbin gələcəyi Belarusiya və Rusiyadır : " Buna görə Qərb dövlətlərinin məsuliyyətli qərarlar verməlidir".

Rusiya lideri isə Qərbin Rusiya və Belarusa yaxınlaşmalı olduğunu da bildirib.