Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ukraynada müharibədə hüquq pozuntularını araşdırmaq üçün təyin edilmiş ekspertlər qrupu araşdırma ilə Rusiyanın bu ölkədə hərbi cinayətlər törətməsi ilə bağlı sübutların üzə çıxdığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əsasən, dörd region Kiyev, Çerniqov, Karkov və Sumıdə hərbi cinayətlər araşdırılır.
Komissiyanın sədri Erik Mose bildirib ki, komissiyanın topladığı sübutlara əsasən, Ukraynada hərbi cinayətlərin törədildiyi qənaətinə gəlinib.
Rusiyanın məsuliyyətə cəlb edilib-edilməyəcəyi bəlli olmasa da, bu cür hərbi cinayətlərlə bağlı sənədlər Beynəlxalq Cinayət Məhkəməsində toplanaraq araşdırılacaq.