Anım günü - hörmət və qürurla yad etdiyimiz təqvim

26 Sentyabr 2022 11:35 (UTC+04:00)

Hər bir xalqın taleyində onun milli kimliyi, dövlətçilik ənənələri, məskunlaşdığı torpaqlar və sahib olduğu dəyərlər çox mühüm rol oynayır. Azərbaycan xalqı çoxəsirlik tarixində zaman-zaman yadelli işğalçıların hücumlarına qarşı həmrəy olub birlikdə mübarizə aparmış, öz ata-baba torpaqlarından bir qarış belə düşmənə verməmişlər. Heç vaxt dövlətçilik ideologiyasına sahib olmayan “hay” tayfası xarici xristian havadarlarının köməkliyi ilə Cənubi Qafqazda ərazi iddiaları ilə çıxış etməyə başladılar. Halbuki onların bu torpaqlara gəlişi zaman kəsiyində çox qısa bir vaxtda olmuşdur. 200 il əvvəl qədim və əzəli Azərbaycan torpaqlarına Çar Rusiyası tərəfindən məqsədli şəkildə köçürülən ermənilər 20-ci əsrin bütün qərinələrində torpaqlarımızı zəbt etmək uğrunda ideoloji və fiziki mübarizələr aparmışdılar. Ulu xalqımız ermənilərin qondarma və sərsəm “Arsax” arzusunu gözündə qoydu. Qəhrəman Azərbaycan əsgəri “dəmir yumruq"la erməni dığalarının başını əzərək Qarabağı bu pisliklərdən tamamilə azad etdi. Erməni vandallarının bu torpaqlarda törətdikləri maddi və mənəvi terrordan əziyyət çəkən bu torpaqlar işğaldan azad edildikdən sonra rahat nəfəs alır, indi bu torpaqlarda sevgi, ehtiram və humanizm ideyaları hökm sürür, hər şey yenidən qurulub yaradılır. Çünki bu torpağın əsl sahibləri qayıtmışdır öz əzəli torpağına. Artıq Xarıbülbülün 30 illik həsrətinə Azərbaycan əsgəri son qoymuşdur. Şanlı üçrəngli bayrağımız Qarabağın mərkəzində qədim Şuşa qalasında dalğalanması və bu xoşbəxtlikdən doğan hissləri sözlə ifadə etmək çətindir. Gövhərağa məscidində səslənən azan Tanrının bizlərə bir ərmağanıdır.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Düşməndən fərqli olaraq Azərbaycan əsgəri şərəflə vuruşmuş, bir nəfər də olsun günahsız insanlara güllə atmamışdır. Şanlı Ordumuz 44 gün ərzində yağı düşmənin başını əzərəkböyük və tarixi Zəfər qazanmışdır.

Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Ata-baba yurdumuzda azan səsi ucaldılır, şanlı üçrəngli bayrağımız dalğalanır. Artıq minalardan təmizlənən torpaqlarımızın bərpası işlərinə başlanılmışdır. Zəfər yolu adlanan Füzuli-Şuşa istiqamətindəki yolun çəkilməsi bunun bariz nümunəsidir. Bütün infrastruktur layihələri uğurla həyata keçirilir. Qarabağın əvvəlki şan-şöhrətini yenidən ona qaytaracayıq. Daha gözəl və müasir memarlıq və şəhərsalma planları ilə şəhərlərimiz abad olacaqdır. Qarabağın təbii resursları, iqtisadi və mədəni mühiti daha da imkan verəcəkdir ki, burada çox böyük sosial-iqtisadi layihələr həyata keçirilsin. Biz Ermənistandan fərqli olaraq bütün dünya xalqlarını dilinə, dininə, mədəniyyətinə və adət-ənənəsinə ehtiramla yanaşırıq. Heç bir tarixi kökləri olma yan ermənilər hər bir şeyi digər xalqlardan oğurlayaraq özününkü kimi təqdim etməyə çalışmışlar. Lakin tarix heç zaman unudulmur və saxtakarlığı sevmir. Erməni xislətinin əsl mahiyyətini artıq bütün dünya ictimaiyyəti bilir.

Sentyabrın 13-də Ermənistanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan istiqamətində təxribatçı əməlləri bütün dünyanın gözü önündə baş verdi. Şanlı Ordumuz düşmən təxribatının qarşısını layiqincə alaraq onları geri oturtdu. Ermənistan siyasi dairələri revanşistcəhdlər etməklə bölgədə sülhə və təhlükəsizliyə ciddi zərbələr endirirlər. Rəsmi İrəvanın bu hərəkəti dünya ictimaiyyəti tərəfindən qınanmlı və Ermənistana ciddi sanksiyalar tədbiq olunmalıdır. Son hadisələr bir daha onu göstərdi ki, Şanlı Azərbaycan Ordusu öz torpaqlarının müdafiəsi uğrunda düşmənin bütün cəhdlərinin qarşısını alaraq düşmənin başını əzəcəkdir. Azərbaycanın mərd və cəsur oğulları vətən uğrunda düşmənlə şərəflə döyüşərək şəhidlik zirvəsinə ucalmışdılar. Bir daha bütün şəhidlərimizi hörmət və qürurla anır, onların müqəddəs ruhları qarşısında baş əyirik.

Samir Hüseynov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri