Gənc oğlan yol qəzasında ölüb

25 Sentyabr 2022 22:52 (UTC+04:00)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub.

17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.