Azərbaycan idmançısı parapauerliftinq üzrə Açıq Avropa Çempionatında qalib olub

25 Sentyabr 2022 22:35 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parapauerliftinq üzrə Açıq Avropa Çempionatı keçirilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, parapauerliftinq üzrə milli komandasının üzvü Zəhra Dadaşova 50 kiloqram çəki dərəcəsində böyüklər arasında Açıq Avropa Çempionatının, eyni zamanda, Regional Avropa Çempionatının qalibi olub.

Zəhra Dadaşovanın ən yaxşı nəticəsi 66 kiloqram, ümumi göstəricisi isə 126 xal olub.