Rusiya "terrorizmin sponsorları" siyahısına salınmayacaq...

25 Sentyabr 2022 22:31 (UTC+04:00)

Rusiyanın terrorizmin himayədarları siyahısına salınması Moskvaya ciddi təzyiq göstərməyəcək, lakin ABŞ-ı öz hərəkətlərində məhdudlaşdıracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar günü yayımlanan NBC telekanalına müsahibəsində bildirib.

Vaşinqtonun Rusiyaya iqtisadi təzyiqi artırmağa davam edəcəyini vurğulayan müşavir,..”Bu, konkret bir vasitə və uzlaşma məsələsidir ki, o, Rusiyaya çox əlavə iqtisadi təzyiq göstərmədən ABŞ-ın çevikliyini azaldacaq”-deyə bildirib.

Qeyd edək ki, Ağ Ev bu ayın əvvəlində bəyan edib ki, ABŞ administrasiyasının Rusiyanı ABŞ-ın terrorizmi himayə edən ölkələr siyahısına daxil etməmək qərarı qətidir.

Onu da bildirək ki, rəsmi Kiyev Vaşinqtona müraciət edərək Rusiyanın da bura daxil olmasını istəyib. Oxşar təkliflərlə ABŞ Konqresinin bir sıra üzvləri də çıxış ediblər.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər bu təşəbbüsləri “axmaq xarakterli tədbir” adlandırmışdı. Diplomat ABŞ-ın bu cür addımlarının Rusiya tərəfindən cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq da etmişdi.

... Vaşinqtonun fikrincə, terrorizmin sponsorları siyahısına “beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş” dövlətlər daxil ola bilər. Amerika administrasiyası siyahıdakı şəxslərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. ABŞ Maliyyə Nazirliyi həmin hüquqi və fiziki şəxslərə, həmçinin siyahıda olan ölkələrlə ticarət aparan dövlətlərə qarşı tədbir görə bilər.

Dövlətin siyahısı əlavə məhdudlaşdırıcı tədbirlər üçün əhəmiyyətli təsirlərə malik ola bilər.

Yeri gəlmişkən, terrorizmin sponsorları siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxil ediliblər.

Ağasəf Babayev